RAMİN MƏMMƏDOV BAKI İLAHİYYAT MƏSCİDİNDƏ OLUB

0

“Dinin mahiyyətinin olduğu kimi təbliğ edilməsində, dinlərarası dialoqun, əməkdaşlığın təşviqində din xadimlərinin üzərinə böyük məsuliyyət düşür.”

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov İlahiyyat Məscidini ziyarəti zamanı orada fəaliyyət göstərən din xadimləri ilə görüşündə deyib.

Komitə sədri görüşdə Azərbaycanda dövlət səviyyəsində dinə xüsusi diqqət göstərildiyini qeyd edib. Bildirib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva milli-mənəvi dəyərlərimizin, tolerantlıq mühitinin qorunmasına həssaslıqla yanaşırlar.

R.Məmmədov, həmçinin dini maarifləndirmənin və dini təhsilin inkişafının prioritet istiqamətlərdən biri olduğunu bildirib.

Din xadimləri dövlətin onlara göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirdiklərini vurğulayıblar. Azərbaycanda mövcud olan dini və mədəni müxtəlifliyin qorunmasının mühüm əhəmiyyətə malik olduğunu qeyd ediblər.

Bir 3 kişi, kürsü ve yazı görseli olabilir

Bir 6 kişi görseli olabilir

Bir 4 kişi görseli olabilir

Bir 6 kişi ve takım elbise görseli olabilir

Bir 5 kişi ve takım elbise görseli olabilir

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Parisdə qızıl medal qazanan parataekvondoçu qalibiyyətini şəhid ailələrinə həsr edib

Fransanın paytaxtı Paris şəhərində təşkil edilən Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan parataekvondoçu İmaməddin Xəlilov qalibiyyətini şəhid ailələrinə həsr edib....

Bağla