Ramin Məmmədov: Dinin müxtəlif kontekstlərdə alətə çevrilməməsi üçün ciddi işlər görülür

0

Müvafiq strukturlar dinin müxtəlif kontekstlərdə alətə çevrilməməsi istiqamətində ciddi işlər həyata keçirirlər.

“Report”un Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Şuşa şəhərində keçirilən “İdeoloji mübarizədə din amili: mediadan gözləntilər” mövzusunda seminarda çıxış edərkən deyib.

Onun sözlərinə görə, “İdeoloji mübarizədə din amili: mediadan gözləntilər” mövzusunda seminarın azad olunmuş ərazilərdə təşkil edilməsi təsadüfi deyil: “Heydər Əliyev Fondunun azad olunmuş ərazilərdə həyata keçirdiyi bərpa-quruculuq işləri Azərbaycan xalqının öz mədəni irsinə münasibətinin təzahürüdür. Seminarı keçirməkdə məqsədimiz budur ki, dini amilin siyasi, psixoloji amilə çevrilməməsi istiqamətində müzakirələr aparaq. Dövlət qurumları, media nümayəndələri və cəmiyyət bu istiqamətdə vəhdətlə çalışmalıdır”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Türkiyənin Ali Təhsil Şurasının sədri Azərbaycanda səfərdədir, Əli Əsədovla görüşəcək

Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvar Azərbaycanda səfərdədir. Bu barədə “Anadolu” məlumat yayıb. Bildirilib ki, o, bu gün Fəxri...

Bağla