RASULULLAHIN XƏBƏR VERDİYİ RƏHMƏTDƏN UZAQ ÜÇ SİNİF

0

Ramazanı-Şərif Allah-Taalanın əfvinin, məğfirətinin tüğyan etdiyi bir aydır. Rasulullah (SAV) Cəbrailin (əs) 3 xəbərdarlığını bizə bildirir. Hadisəni Kab bin Ücrə (ra) belə rəvayət edir:

“Rasulullah (SAV) bir gün bizə, “Minbərə yaxınlaşın!” – dedi. Biz də yaxınlaşdıq. Birinci pilləyə çıxıb amin dedi, ikinci pilləyə çıxıb amin dedi, üçüncü pilləyə çıxıb amin dedi. Minbərdən enəndə, “Ya Rasulullah! Bu gün sizdə daha əvvəl görmədiyimiz bir hal müşahidə etdik. Bunun hikməti nədir?” – deyə soruşduq.

Bizə belə cavab verdi:

“Cəbrail (əs) mənə göründü, üç məsələdə xəbərdarlıq etdi, hətta təhdid kimi “Rəhmətdən uzaq olsun!” – dedi.

Birincisi, ata-anası və ya onlardan biri yanında yaşlanaraq onları razı edib cənnəti qazanmayan övlad rəhmətdən uzaq olsun!”  

Ata-analar bir rəhmətdir. Silsilə onlarla davam edir. Övladının axirət həyatını özünə dərd edən valideynlərin xoş halına. Allah-Taala valideynləri unutmamağımızı, onlara qarşı vəfa duyğusu ilə hərəkət etməyimizi buyurur.

“İkinci olaraq, yanında sənin adın çəkilib sənə salavat gətirməyənlər rəhmətdən uzaq olsun!

Üçüncü olaraq da, ramazan ayına qovuşub günahlarını bağışlada bilməyənlər rəhmətdən uzaq olsun!

Mən də hər duaya amin dedim.”

Ən böyük ikram – Allah qulunu günahlardan təmizləmək istəyir, vüslat istəyir, qulu ilə bərabərlik istəyir. “Nəfaxti min ruhi” – buyurur. Özündə olan bəzi xüsusiyyətlərin qulunda əks olunmasını istəyir. Yəni, ramazan ilahi bir lütüf, ruhu gözəlləşdirən və bahar halına çevirən bir mövsümdür. Ramazan dostluğa dəvət edən, Allah və Peyğəmbəri (SAV) ilə dost olmaq ayıdır. Qulun fəzilətlərə nail olmaq ayıdır. Ramazan ilin bahar ayıdır.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İTALYADA BU TARİXDƏ MƏSCİDLƏR AÇILACAQ

İtalyada hökumət rəsmiləri ilə İslam icmasının nümayəndələri ölkədə məscid və məbədlərin yenidən ibadətə açılmasını müzakirə ediblər. Baş nazir Cuzeppe Konte...

Bağla