RAYONLARA QAR YAĞIB, ŞAXTA OLUB

0

Martın 19-u saat 9:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti dəyişib, əksər bölgələrdə yağış, dağlıq rayonlarda qar yağıb.

Bu barədə Milli Hidrometerologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakı və Abşeron yarımadası, Qobustan, Sabirabad, Kürdəmir, Göyçay, Yevlax, Mingəçevir, Naftalan, Gəncə, Göygöl, Şəmkir, Tovuz, Naxçıvan, Şərur, Sədərək, Şahbuz, Culfa, Şamaxı, İsmayıllı, Ağsu, Oğuz, Ağdam, Ağcabədi, Tərtər, Zərdab, Beyləqan, Lənkəran, Biləsuvar, Astara, Lerik, Yardımlı, Neftçala, Cəlilabad, İmişli, Qax, Balakən, Zaqatala, Qəbələ, Şəki, Quba, Şabrana yağış, Qusar, Şahdağ, Xaltan, Qrız, Daşkəsən, Kəlbəcər, Gədəbəyə isə qar yağıb. Qar örtüyünün hündürlüyü Şahdağda 9 sm, Daşkəsəndə 3 sm, Kəlbəcər, Gədəbəydə 2 sm olub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 7 dərəcə isti, Naxçıvan MR-də 0-5 dərəcə isti, Aran rayonlarında 8 dərəcəyədək isti, dağlıq rayonlarda 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 6 dərəcəyədək şaxta olub.

Sumqayıt, Qobustan, Şamaxı, Qəbələ, Şəki, Qax, Zaqatala, Balakən, Daşkəsən, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Ağdam, Tərtər, Beyəqan, Altıağac, Qusarda duman müşahidə olunub, görünüş 200-500 metrədək məhdudlaşıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCAN VƏ TÜRKİYƏ XİLASEDİCİLƏRİ BİRGƏ TƏLİM KEÇİRİB

Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq axtarış-xilasetmə Dəstəsinin (BAXD) beynəlxalq hümanitar əməliyyatlarda fəaliyyətinin genişləndirilməsi və Beynəlxalq Axtarış-Xilasetmə Məşvərət Qrupu (İNSARAG) sinifləndirməsinə...

Bağla