Rusiya Müsəlmanları Dini İdarəsinin (RMDİ) Rəyasət Heyəti müsəlmanları insanların dini və milli mənsubiyyətinə görə təqib olunmasına yönəlmiş çağırışlara uymamağa çağırıb.
RMDİ-nin bəyanatı idarənin saytında dərc olunub.
Müraciətdə qeyd olunur ki, insanların dini və milli mənsubiyyətinə görə təqib edilməsi cinayətdir. RMDİ, həmçinin federal və yerli hakimiyyət orqanlarını bu cür iğtişaşların qarşısını təcili almağa çağırıb.
İsrail Milli Təhlükəsizlik Şurası Mahaçqala aeroportuna enən Təl-Əviv reysində yəhudilərin və israillilərin olmadığını, təyyarə ilə yalnız valideynlərin və uşaqların İsraildə müalicədən sonra geri döndüklərini bildirib.
Azertac