Roma papası Franksis İraqdan qayıtdığı zaman Türkiyənin hava sahəsindən keçərkən ənənəvi olaraq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana teleqraf çəkib.
Katoliklərin lideri göndərdiyi teleqrafda Ərdoğana və türk millətinə dua edib.
“Roma papası olaraq İraq səfərindən Romaya qayıtdığım zaman Türkiyə hava sahəsindən keçdiyim bu vaxtda sizlərə xoş diləklərimi çatdırır, Uca Tanrıdan sizə və türk xalqına çoxlu bərəkət təmənna edirəm.” – deyə papa Franksis teleqrafda bildirib.
Qeyd edək ki, Roma papası səyahət edərkən hava sahəsindən keçdiyi ölkələrin başçılarına ənənəvi olaraq teleqraf göndərir.