ROMA PAPASI İRANA HUMANİTAR YARDIM AYIRIB

0

Roma Papası Fransisk İranda baş vermiş təbii fəlakətdən zərər çəkənlərə 100 min avro yardım ayırıb.

AZƏRTAC İran mətbuatına istinadla xəbər verir ki, Roma Papası Vatikanın İrandakı elçiliyi vasitəsilə ayrılan 100 min avronu seldən zərər çəkənlərin ən zəruri tələbatlarını ödəmək üçün xərcləyəcək.

Xatırladaq ki, aramsız yağan yağışlar nəticəsində yaranan sel İranın 24 vilayətindəki şəhər və kəndlərə böyük ziyan vurub, infrastruktur dağılıb, 70-dən çox adam həlak olub.

Bu günə kimi Azərbaycan, Türkiyə, İsveçrə, Almaniya, Küveyt, Rusiya, Pakistan, Yaponiya, Qətər və başqa dövlətlər İrana humanitar yardım göstəriblər. Avropa İttifaqı isə İrana 1 milyon 200 min avro yardım ayırıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BİLƏSUVARDA DÖVLƏT-DİN MÜNASİBƏTLƏRİ İLƏ BAĞLI SEMİNAR-MÜŞAVİRƏ KEÇİRİLİB

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Biləsuvar Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Azərbaycanda dövlət-din münasibətləri: tarix və...

Bağla