ROMA PAPASI QARABAĞDAN DANIŞIB

0

“Cənubi Qafqazdakı vəziyyəti xüsusi diqqətlə izləyirəm”.

Bunu Roma Papası Fransisk bu gün Vatikanda akkredite olunan diplomatik korpus rəhbərləri qarşısında nitqi zamanı vəziyyətin gərgin olduğu bölgələri sadalayarkən bildirib.

“Orada közərməyə davam edən bir neçə münaqişədən bəziləri son illərdə daha da alovlanaraq regiondakı sabitlik və təhlükəsiziyi təhdid edir”, – katolik kilsəsinin rəhbəri qeyd edib.

“Bizim dövrdə dinlərarası dialoq xalqlar və mədəniyyətlər arasındakı anlaşmanın mühüm parçasıdır”, – Roma papası vurğulayıb.

Qeyd edək ki, görüşdə Azərbaycanın Fransa və Vatikandakı səfiri Rəhman Mustafayev də iştirak edib.

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏDƏ SATIŞ AKSİYASINDAN ƏLDƏ EDİLƏN VƏSAİT “YAŞAT”A İANƏ EDİLDİ

Türkiyədə iki qardaş ölkənin rəssam və heykəltəraşlarının əsərlərindən ibarət “Bir millət, iki dövlət” şüarı altında onlayn satış aksiyası keçirilib. Bu...

Bağla