ROTTERDAMDA İFTAR SÜFRƏSİ SOYDAŞLARIMIZI BİR ARAYA GƏTİRİB

0

Rotterdam şəhərində yerləşən, Benilüks Azərbaycanlıları Konqresinin (BAK) Qarabağ idman klubunda iftar süfrəsi təşkil edilib.

BAK sədri Elsevər Məmmədov ramazan ayı haqqında danışaraq, bu müqəddəs ayın birliyin rəmzi olduğunu bildirib. Qeyd edib ki, bu iftar süfrəsində toplaşan dostların bir araya gəlməsi çox önəmlidir. İftar süfrəsinin məqsədi xaricdə yaşayan soydaşlarımızı bir araya gətirmək və birliyi qoruyub saxlamaqdır.

44 günlük Vətən müharibəsi və Türkiyədə dağıdıcı zəlzələnin qurbanlarının xatirəsi ehtiramla anılıb. Vətən müharibəsinin igid qazilərinə şəfa və sağlıq dilənilib.

Quran tilavəti və dualardan sonra Müqəddəs Ramazan ayı münasibətilə oruc tutanlar iftarlarını açıblar.

İftar süfrəsində Niderland Krallığında yaşayan soydaşlarımız, türk icmasının üzvləri və yerli cəmiyyətin üzvləri iştirak ediblər.

 

Azertac

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Ərdoğan: “Azərbaycan Prezidenti İlham Əliyev “Togg”dan məmnundur”

“Türkiyənin ilk yerli elektromobili “Togg” həqiqətən çox rahatdır. Yəni döngələrdən tutmuş yolun gedişatına qədər təbii ki, elektrikdir və işi daha...

Bağla