RUHANİ İDARƏ “KFC” RESTORANLARI BARƏDƏ XƏBƏRDARLIQ ETDİ…

0

Qazaxıstan Müsəlmanları Ruhani İdarəsi (QMRİ) tərəfindən “KFC” restoranlar şəbəkəsinə  verilmiş  “Halal” sertifikatı etibarsızdır.  

QMRİ-nin saytında  bu haqda istehlakçılara ünvanlanan məlumatı  “Kazakhstan Today” nəşri yayıb.

Məlumatda idarə “KFC” ayaqüstü yemək(“fast-food”) restoranlarında “Halal” sertifikatı olmayan toyuq ətindən istifadə edilməsi  barədə xəbərdarlıq edir.

“Əvvəllər “KFS” restoranlar şəbəkəsi Rusiya Federasiyasında “Halal” standartının tələblərinə uyğun olaraq hazırlanan “Ağ quş” quşçüluq müəssisəsinin məhsullarından  istifadə edirdi. Ancaq Rusiya Federasiyasının tətbiq etdiyi məhdudiyyətlər və “Ağ quş” toyuq məhsullarının həcminin azalması səbəbindən “KFS ”   Ağ Quş” məhsulu ilə yanaşı, QMRİ-nin “Halal” standartının tələblərinə cavab verməyən bir sıra digər quşçuluq təsərrüfatlarının məhsullarını da işlədir”, – deyə məlumatda bildirilir.

Bununla əlaqədar  QMRİ ilə  “Halal Damu” və “Caspian International Restaurants Company” arasındakı saziş müvəqqəti olaraq dayandırılıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MƏNƏVİ DƏYƏRLƏRİN TƏBLİĞİ FONDUNUN HİMAYƏÇİLƏR ŞURASININ 2018-Cİ İLİN YEKUNLARINA HƏSR EDİLƏN İCLASI KEÇİRİLİB

Dekabrın 24-də Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilər Şurasının 2018-ci ilin yekunlarına həsr edilmiş iclası keçirilib.

Bağla