Qəbr, insanın bu dünyadakı son, axirət baxımından isə ilk dayanacağıdır, yəni həyatın sona çatdığı yer olsa da, ruhların öz səyahətini davam etdirdiyi yer sayılır. Quranda belə buyurulur: “Onların arxasında diriləcəkləri günə qədər davam edən bərzəx aləmi (qəbir həyatı) vardır” (Muminun 100). Bu ayədə keçən “bərzəx aləmi” ölümlə başlayan və məhşərə qədər davam edən bir zaman dilimidir.
- Hazırlıq: Ölümə hazır ol, təbii olduğunu qəbul et, onu ruhun ayrılmaz bir hissəsi kimi gör.
- Vəsiyyət: Öz arzu və istəklərinizi ifadə edən vasiyyətnamə hazırla.
- Halallaşmaq: Ölüm öncəsi dost, tanış, qohum və ailə üzvləri ilə halallaş.
- Ümid: Qəlb ahəngi və mənəvi rahatlıqla Allaha təvəkkül et.
Məhşər yeri, bütün insanların ölümdən sonra dirildikləri və hesab gününün başlandığı yerdir. Bu gün, insanların əməllərinin hesabı veriləcəkdir. Rəbbimiz belə buyurur: “O gün onların hamısını toplayacaq, sonra (Allaha) şərik qoşanlara: “İddia etdiyiniz şərikləriniz haradadır?!” – deyəcəyik” (Ənam 6). Bir başqa ayədə də belə deyilir: “Allah məhşər günündə sizi bir yerə cəm edəcəkdir” (Təğabun 9). Məhşər günündə insanlar toplanacaq, ədalət tərəzisi qurulacaq və insanlara belə deyiləcək “Onları dayandırın! Çünki onlar sorğu-sual olunacaqlar” (Saffət 24).
- Hesabı düşünmək: Həyatındakı hər bir hərəkətin nəticələrini və hesabatını düşün.
- Ədalətli olmaq: Ədalətli ol və dürüst hərəkət et, başqalarına zülm etmə.
- Saf qəlb: Təmiz və səlim qəlb qazan və məhşərdə Allah hüzuruna belə qəlblə çıx.
Cənnət yaxud cəhənnəm ruhların son dayanacağıdır. Əbədi son dayanacaq sayılan cənnət, ruhların tam rahatlıq tapdığı və Allahdan razı qaldıqları yerdir. Cəhənnəm isə tam əksini ruhun – insanın əzab çəkdiyi pis bir yerdir. Rəbbimiz bu barədə belə buyurur: “Allahın rizasını qazanmaq istəyən kəs, Allahın qəzəbinə düçar olan kəs kimi ola bilərmi?! Onun (qəzəbə düçar olanın) yeri cəhənnəmdir. Ora necə də pis bir yerdir!” (Ali İmran 162)
- Cənnətə layiq olmaq: Mənəvi həzlərlə dolu dindar bir həyat tərzi yaşa.
- Əxlaqlı olmaq: Yaxşı əxlaq və dəyərlərə riayət et.
- Allaha baxmaq: Üzün Allaha sarı olsun və cənnətdə Allaha nəzər salacağını unutma.
Qəbr, məhşər, cənnət və cəhənnəm inancı insanın dünya və axirət saadətinə tərəf doğru hərəkət etməsi üçün əhməyyətli məyarlardır. Bu üç dayanacaq, insanın ruhi inkişafını – təmizlənməsini təmin etmək, həmçinin haqqın, ədalətin bərqərar olması üçün vacib məqamlardır.
Rəşad Manafov