RUHUN ÜÇ MƏSNƏDİ

0

Ruhumuzun qaynayıb qarışdığı, eyni zamanda ruhun maddi aləmdə təsirləndiyi və məsnədi sayılan bir neçə dayaq nöqtəsi var.

  1. Birinci məsnəd: İnsanın öz bədəni. Öz bədəni ilə bağlı olaraq, insanın özünüdərk və özünü qəbul etməsi vacibdir. Bədən imici və özünə hörmət psixi sağlamlıq üçün əhəmiyyətlidir. İnsan ana bətnində ikən Allah tərəfindən ona ruh üflənir və bədən cana gəlir. “Sağlam bədəndə sağlam ruh olar” deyir atalar.
  • Bədənini qəbul et və hörmət et: Sağlam həyat tərzi sürərək bədənini qoru. Öz bədənini olduğu kimi sev və qəbul et.
  • Ruh və bədən balansı: Namaz, təfəkkür kimi ibadətlərlə ruh və bədən arasında balans yarat. Bədən, duyğu və zehin sağlamlığını, ahəngini qoru.
  • Batini sağlamlıq: Zikirlə qəlbini rahatlat, stres, qəzəb kimi duyguları idarə etməyi öyrən.
  1. İkinci məsnəd: Ana bətni. Bu dünyada ikinci evimiz – məsnədimiz ana bətnidir. Ananın sevgisi, uşağın bədənində və ruhunda toxumlar əkməkdir. Ananın səsi kainatdakı ən gözəl musiqidir (Mahatma Qandhi). Ana bətni uşağın ilk evidir və gələcək inkişafı üçün təməl formalaşdırır. Ana və uşağın əlaqəsi körpənin duygusal və fiziki inkişafını təsir edir.
  • Anaya hörmət: Anaya sevgi və hörmət göstər.
  • Möcüzəni görmək: “Uşağın doğulması insanlıq tarixində ən böyük möcüzədir” (Sokrat). Bu möcüzəni gör və ibrət al.
  • Ailə ilə əlaqələri gücləndirmək: Ailə üzvləri və yaxın qohumlar ilə səmimi əlaqələr qurmaq. Ana bətni ərəbcə “rahim” adlanır, qohumluq əlaqələrini qorumaq da (sılat-u rahim) eyni kökdən gəlir. Bunlar bir-biri ilə əlaqəlidir.
  • Üçüncü məsnəd: Dünya (təbiət). Dünya, qayğı göstərməmiz və onu qorumağımız üçün bizə verilib. Həyat ruhun böyük bir səyahətidir. Dünya, ruhun axirətə hazırlanma məkanıdır. İnsanların özlərini və ətrafdakı dünyanı qəbul etməsi vacibdir. Ruhun duygusal rifahı və sosial uyğunlaşma bu mərhələdə formalaşır. Dünya, ruların başqaları ilə qarşılıqlı əlaqə qurduğu və tanış olduğu yerdir.
  • Təbiətlə əlaqə qurmaq: Təbiətdə vaxt keçir, onun gözəlliyindən zövq al.
  • Dünyanı qorumaq: Çevrəni qoru, və təbiəti himayə et. Dünyanı daha yaxşı yer etməyə çalış.
  • Dünyanı tanımaq: Dünyanın fərqli yerlərini və mədəniyyətlərini tanı.

Ruhun öz mənliyini qazanması və doğru yolda bərqərar olması üçün ana bətnindən başlayaraq bədəni ilə uyumlu vəziyyətdə dünya həyatından öz nəsibini almalıdır. Bədən ruhun miniyi, dünya həyatı bu miniklə edilən səyahət, ana bətni isə bu səyahətə çıxmaq üçün hazırlıq yeridir.

Rəşad Manafov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
SABAH HAVA BULUDLU OLACAQ

Bakıda və Abşeron yarımadasında mayın 4-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən...

Bağla