Rusiya müsəlmanları ramazan bayramı namazını Moskva şəhərinin küçələrində qıldılar. Buna, şəhər mərkəzindəki məsciddə məhdud sayda insanın namaz qılması səbəb olub. Namaz qılmaq istəyənlərin sayı o qədər çox olub ki, şəhər rəhbərliyi Moskva bölgəsində 40 müxtəlif yerdə namaz üçün yer təsis etməli olub.
Moskvanın mərkəzi məscidində bayram namazını Rusiya müftilər şurasının sədri Ravil Qaynuddin qıldırıb. Müfti, Rusiya prezidenti Vladimir Putinin də təbrik mesajını müsəlmanlara çatdırıb.
Qeyd edək ki, qlobal pandemiya məhdudiyyətlərinin yumuşaldılmasından sonra Rusiyanın bir çox vilayət və şəhərində ramazan bayramı namazı qılınıb.