Rusiyada sürücü idarə etdiyi avtobusu saxlayıb namazını qılıb

0

Rusiyanın St. Sankt-Peterburq şəhərində avtobus sürücüsü axşam namazını keçirməmək üçün sərnişinlərdən izn istəyərək qısa fasilə verib.

Müsəlman sürücünün bu tələbi sərnişinlər tərəfindən anlayışla qarşılanıb. Sərnişinlərdən biri, sürücünün namaz qıldığı vaxt yolçuların səbrlə gözlədikləri həmin anları telefonla qeyd edib.

Bu görüntülər sürətlə sosial şəbəkədə yayılıb. Bəzi sosial şəbəkə istifadəçiləri sürücünün bu hərəkətini dəstəkləsə də, bəzi istifadəçilər tənqid edib.

Avtobus şirkəti isə sərnişinlərin rəğbət göstərdiyi sürücüyə qarşı heç bir sanksiya tətbiq etmədiyini açıqlayıb.

https://x.com/i/status/1884199652150632456

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Azərbaycan və Türkiyə arasında bərpa olunan enerji sahəsində əməkdaşlıq müzakirə olunub

İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyəyə səfəri çərçivəsində bu ölkənin ticarət naziri Ömər Bolatla görüşüb. Bu barədə İqtisadiyyat Nazirliyindən bildirilib. Görüşdə...

Bağla