SƏCDƏ və COVİD-19

0

Mütəxəssislərin fikrincə, nəfəs almaqda çətinlik çəkən xəstələrin səcdə vəziyyətinə yaxın halda, üzüqoylu/qarnıüstə uzanmaları ağciyərlərə daha çox oksigen çatdırılmasına, həmçinin ağciyərlərdə yığılan mayenin asanlıqla xaric edilmsəinə kömək edir.

  • Coronavirus Elmi Komitə üzvü Prof. Dr. Hüseyin Levent Yamanel, üzüqoylu vəziyyətində uzanmanın, ani başlayan tənəffüs çətinliyi hallarında reanimasiya şöbələrində çoxdan istifadə edilən klassik bir strategiya olduğunu vurğulayır və deyir ki; “Qarnıüstə uzanan insanlarda organlara oksigen paylama yaxşılaşır və toxumalara oksigen daşıyan qan zənginləşir.
  • Pulmonologiya və reanimasiya mütəxəssisi ABŞ-dakı Johns Hopkins Universitetinin dosenti Panagis Galiatsatos; “Xəstələrə süni oksigen verilsə də, bəzən bu kifayət etmir. İnsan üzüqoylu olduğu zaman ağciyərlər genişlənir və oksigen qəbulu çoxalır. Bu metod çox faydalı bir müalicə üsuludur”.
  • Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tövsiyələrində deyilir ki; “Kəskin tənəffüs çatışmazlığı olan yetkin Covid-19 xəstəsi gündə 12-16 saat üzüqoylu vəziyyətdə olmalıdır”.
  • Amerika Toraks Dərnəyinin apardığı bir araşdırmada, 12 ciddi xəstə müayinədən keçirilmiş və üzüaşağı vəziyyətdə saxlanmayan xəstələrin ağciyər genişləndirmə qabiliyyətinin üzüqoylu uzanan xəstələrə nisbətən daha zəif olduğu müşahidə edilmişdir.
  • Milan Dövlət Universitetinin fəxri professoru və anestezioloq Gattinoni bu texnikanı araşdıran və xəstələrə uğurla tətbiq edən ilk həkim olaraq deyir ki; “Xəstələr qarnıüstə yatarkən, ağciyərlərində güc (fiziki balans) paylanması daha da artır”.

Rəbbimiz Quranda Hicr surəsi 97-98 ci ayələrində belə buyurur; “Doğrusu, Biz onların sözlərindən sənin köksüsün sıxıldığını bilirik! Sən isə Rəbbini tərifləyib şükür et və səcdə edənlərlə birlikdə ol!”. “Köksün sıxılması” həm maddi (fiziki) həm də mənəvi səbəblərdən ola bilər. Səcdə etmək hər iki hal üçün faydalıdır. Səcdə halı Rəbbimizə ən yaxın vəziyyət olduğu kimi, həm də yuxarıda açıqlandığı üzrə ağciyərlərə oksigenin bolca daxil olduğu mövqedir. Ağciyərlərə daxil olan və qana qarışan bol miqdarda oksigen sözsüz ki, bədənimizə və beynimizə çox faydalıdır.

“Doğrusu, Biz onların sözlərindən sənin köksünün sıxıldığını bilirik! Sən isə Rəbbini tərifləyib şükür et və səcdə edənlərlə birlikdə ol!”  (Hicr 97-98)

Rəşad Manafov

 

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
HİKMƏT HACIYEV: “MÖMİNLƏRİN İNANCLARINA HÖRMƏTLƏ YANAŞIRIQ”

“Mömin insanların inanclarına çox hörmətlə yanaşırıq”. Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər...

Bağla