Lüğətdə, kiminsə sıxıntılarını aradan qaldırmaq və ya tutduğu vəzifədən daha yuxarı mövqelərə keçməsi üçün vasitəçilik etməyə şəfaət deyilir. Dini ədəbiyyatda; günahkar möminlərin günahlarının bağışlanması, günahı olmayanların dərəcələrinin yüksəldilməsi üçün peyğəmbərlərin və dərəcəsi yüksək olanların Allaha dua edərək bu istəyini dilə gətirməsi şəfaətdir.
Şəfaət barədə ayə və hədislər:
Küfr əhli və münafiqlər üçün şəfaətin olmadığı qiyamət günündə; Hz. Muhamməd (SAV), digər peyğəmbərlər və Allahın övliya qulları günahkar möminlər üçün şəfaətçi ola biləcəklər. Bunun dəlili Kitab və Sünnətdir. Quranda şəfaət barədə belə buyurulur: “(Allah) onların öndəkilərini də, arxalarındakını da (nə etdiklərini və nə edəcəklərini) bilir. Onlar yalnız (Allahın) razı olduğu (izin verdiyi) kəslərdən ötrü şəfaət edə bilər və Onun heybətindən qorxarlar.” (Ənbiya-28), “O gün Rəhmanın izin verdiyi və söz danışmağına razı olduğu kəslərdən başqa heç kimin şəfaəti fayda verməz!” (Taha-109), “Allahın izni olmadan (qiyamətdə) Onun yanında (hüzurunda) kim şəfaət (bu və ya digər şəxsin günahlarının bağışlanmasını xahiş) edə bilər?” (Bəqərə-255).
Hz. Muhamməd də (SAV), “Şəfaətim ümmətimdən böyük günah işləyənlər üçündür!” buyurur. (Əbu Davud,Sünnet, 21; Tirmizi, Qiyamət, 11; İbni Macə, Zühd, 37)
Peyğəmbərimiz (SAV) şəfaət edəcəkmi?
Bütün bunların xaricində Peyğəmbərimizin (SAV) ümumi və hər tərəfli şəfaəti də olacaq. Buna “Şəfaati-uzma” (ən böyük vasitəçilik) – deyilir. Rəsulu-Əkrəmin (SAV) bu şəfaəti Quranda “Məqamı-Mahmud” (Öyülmüş məqam) – olaraq göstərilir. (İsra-79)
Bu həqiqət işığında nəbilər, rəsullar, övliyalar, şəhidlər, bəzi alimlər böyük günah işləyən müəyyən şəxslərə şəfaət edə biləcəklər. şəfaət haqqdır və bunu ümid edənlər üçün xilas səbəbidir. Peyğəmbərimizin (SAV) yolunu gedənlər onun şəfaətinə layiq olacaqlar.
Mənbə: Prof. Dr. Hamdi Döndüren, Delilleriyle İslam İlmihali