SƏFİR: “ROMA PAPASININ ÖLKƏMİZƏ SƏFƏRİ TARİXDƏ YENİ SƏHİFƏDİR”

0

“Bu faktları vurğulayaraq, bütün dünyada sülh şəraitində birgə yaşayış üçün dinlərarası dialoqun vacibliyinə əminliyimizi bir daha ifadə edirik”.

“Bu gün Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) 200 müxtəlif milliyyətə, 40-dan çox kilsəyə, Siqh və Buddist məbədlərinə ev sahibliyi edir”. Bunu BƏƏ-nin Azərbaycandakı səfiri Məhəmməd Əhməd Hamil Əl-Qubeysi deyib.

O vurğulayıb ki, Birləşmiş Ərəb Əmirlikləri başqalarına qarşı tolerantlığın, harmoniyanın, ehtiramın və qəbul etmənin bariz nümunəsidir: “Bu baxış İslam dinindən, nəcib ərəb adət-ənənələrindən və BƏƏ-nin banisi Şeyx Zayed irsindən qaynaqlanır. Müasir nəsil də bizim müdrik rəhbərliyin başçılığı altında bu dəyərlərin möhkəmləndirilməsində və onun davamlılığını dəstəkləyən tədbirlər yaratmaqda israrlıdır”.

“Bu gün BƏƏ 200 müxtəlif milliyyətə, 40-dan çox kilsəyə, Siqh və Buddist məbədlərinə ev sahibliyi edir. O da qeyd edilməlidir ki, bizim hökumət bu yaxınlarda plüralizm və tolerantlığın BƏƏ modelini dəstəkləyən unikal qurum olan Tolerantlıq Nazirliyini təsis edib. BƏƏ yalnız öz ərazisində deyil, eləcə də qlobal şəkildə ibadət azadlığı və dinlərarası mübadiləyə tərəfdar çıxmaqdadır” – deyə səfir bildirib.

Əl-Qubeysi qeyd edib ki, bu günlərdə Roma Papası Fransiskin BƏƏ-yə səfəri ilə bütün dünyaya güclü bir mesajın şahidi oluruq: “Din nəcib məqsədlər güdür, necə ki, əsl həqiqi inanc heç zaman nifrət barəsində olmayıb. Roma Papası Fransisk BƏƏ-yə Əbu Dabi Vəliəhdi Zati-Aliləri Şeyx Mohammed bin Zayed Al-Nahyan tərəfindən dəvət edilib. Roma Papası BƏƏ-yə “çoxlarının fərqliliklər baxımından azad işləmək və yaşamaq üçün təhlükəsiz yer tapan fərqli sivilizasiya və mədəniyyətlər arasında birgə yaşama, insanlıq qardaşlığı və görüş yeri modeli olmağa çalışan torpaq” kimi ehtiram göstərib”.

“Bu səfər, Roma Papasının qeyd etdiyi kimi, fərqliliklərimizə baxmayaraq, hamımızın qardaş olmasını təsdiqləyir. Bizim ölkəmizdə Roma Papası Fransiskin qardaş ölkə Azərbaycana etdiyi tarixi səfəri xatırlayırlar. Burada o, Azərbaycanın dini tolerant mühit yaratmasını və geniş şəkildə ekstremizmə yad cəmiyyətin yetişdirməsini yüksək dəyərləndirib. Bu faktları vurğulayaraq, bütün dünyada sülh şəraitində birgə yaşayış üçün dinlərarası dialoqun vacibliyinə əminliyimizi bir daha ifadə edirik” – səfir əlavə edib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
QAFQAZ XALQLARI ALİ DİNİ ŞURASININ ÜZVLƏRİ PREZİDENT İLHAM ƏLİYEVƏ TƏŞƏKKÜR MƏKTUBU YAZIB

Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür məktubu yazıb. Məlumata görə, məktubda deyilir: “Möhtərəm cənab...

Bağla