ŞƏHƏRDƏ QURAN PARKI AÇILDI -İBRƏTAMİZ – FOTO

0

Ötən cümə günü Dubayın Əl-Havanij rayonunda Qurani- Kərimə həsr olunmuş parkın açılış mərasimi keçirilib. 
Bildirir ki, bu qeyri-adi məkanda yerli sakinlər və xarici turistlər müsəlmanların Müqəddəs Kitabında göstərilən möcüzələr haqqında məlumat əldə edə biləcəklər.

Parkın ərazisində qonaqlar Quranda adı çəkilən 43 bitki və 7 möcüzə ilə tanış ola bilərlər. Müasir texnologiyalarla təchiz olunmuş “Möcüzələr mağarası” sayəsində qonaqlar Qurani- Kərimin fenomal hadisələri ilə tanışlıq imkanı qazanacaqlar.
60 hektar ərazidə açıq teatr, şüşə ev, inzibati bina, uşaqlar üçün oyun meydançaları, səhra bağı, palma vadisi, göl, fəvvarələr, qaçış, velosiped və gəzinti yolları yerləşir.


Quran parkına giriş pulsuzdur. Ziyarətçilər yalnız “Möcüzələr mağarası”na və şüşə evə daxil olmaq üçün 10 dirhəm (təxm. 3 ABŞ dolları) ödəməlidirlər.

Bu park bitki ekologiyası sahəsində mədəni nailiyyətləri də nümayiş etdirir.

Quran parkının qurulmasında məqsəd dinlər və xalqlar arasında mədəni ünsiyyəti gücləndirməkdir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ALLAHŞÜKÜR PAŞAZADƏ RAMZAN KADIROV İLƏ GÖRÜŞÜB

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun dəvəti ilə Qroznı şəhərində səfərdə...

Bağla