Türkiyənin rəsmi dini komitəsi Diyanet; Daxili İşlər, Mədıniyyət və Turizm, Ticarət, Nəqliyyt və İnfrastruktur nazirliklərinə yazılı müraciət edib.
Diyanet sədri Əli Erbaş imzalı müraciətdə, şəhərlərarası səyahət vaxtı ehtiyac fasilələrinin vətəndaşın namaz vaxtlarına görə tənzimlənməyi tələb olunub.
“Məlumdur ki, konstitusiyamızın 24-cü, Avropa İnsan Hüquqları Konvensiyasının 9-cu, İnsan Hüquqları Beynəlmiləl Bəyannaməsinin 18-ci maddəsinə görə hamı fikir, vicdan və din azadlığına malikdir; dini inancını fərdi və ya kütləvi, ictimai yerdə və ya xüsusi olaraq öyrətmək, icra etmək, ibadət etmək azadlığı var. Bu etibarla vətəndaşlardan gələn tələblər istiqamətində şəhərlərarası avtobus səyahətlərində fasilələrin, namaz vaxtları nəzərə alınaraq müəyyən edilməsi və namazların vaxtında qılınmağı üçün vaxt ayrılmağı üçün nazirliyinizin müvafiq addımları atmağını xahiş edirik.” – deyə Diyanetin nazirliklərə yadığı müraciətdə bildirilir.