SƏHABƏNİN CÜMƏ NAMAZI HƏSSASLIĞI

0

Əshabi-kiram öz işlərini özləri görən adamlar idi. Cümə günü namaz vaxtına qədər işlərini bitirib namaz vaxtı olunca namaza gedərdilər. Bəziləri namaz vaxtına qədər işlədikləri üçün təmizlənməyə vaxtları qalmazdı. Buna görə bir gün məsciddə ağır bir qoxu hiss olundu.

Bundan sonra Allah Rəsulu (s.ə.s) onlara belə buyurdu:

“Cümə günü təmizlənin!” (Buxari cümə, 16).

Cümə günü qüsl almaq sünnətdir. Bunun hikməti, insanlar cəm halında toplandığı zaman onları narahat etməməkdir. Həm mələklər də pis qoxudan narahat olurlar. Onlar gözəl qoxunu sevirlər. Allahın o dəyərli qullarını narahat etməmək üçün həssalıq göstərmək lazımdır.

“Hər kim cümə günü qüsl alar, əlindən gəldiyi qədər təmizlənər, ya öz xüsusi qoxusundan və ya evində olan gözəl qoxudan sürtər, evindən çıxar, iki adamın arasına girməz, sonra fərz olan namazı qılar, imam xütbə oxuyarkən susub onu dinləyərsə, o cümə ilə o biri cümə arasındakı günahları bağışlanar.”  (Buxari, cümə 6, 19)

Dr. Murat Kaya

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TARİXÇİ-YAZAR YAVUZ BAHADIROĞLU DÜNYASINI DƏYİŞDİ

Əsərlərində “Yavuz Bakadıroğlu” təxəllüsündən istifadə edən tarixçi-yazar Niyazi Birinci vəfat edib. Bu barədə onun oğlu Mücahid Birinci social şəbəkədəki şəxsi...

Bağla