Milli Məclisin Əmək və sosial siyasət və Səhiyyə komitələrinin gündəlikləri açıqlanıb. Əmək və sosial siyasət komitəsinin sentyabrın 10-da iclası keçiriləcək. İclasda “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunlara dəyişiklik layihələri müzakirəyə çıxarılacaq.
Həmçinin, Mülki Məcəllədə, “Müflisləşmə və iflas haqqında”, “İcra haqqında”, “Banklar haqqında”, “Teatr və teatr fəaliyyəti haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında” və “Məşğulluq haqqında” qanunlara dəyişiklik layihəsi müzakirə olunacaq.
Səhiyyə komitəsinin iclası isə sentyabrın 13-də keçiriləcək. İclasda deputatlar “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna dəyişiklik barədə fikirlərini bildirəcəklər.
İclasın gündəliyinə Mülki Məcəllədə, “Müflisləşmə və iflas haqqında”, “İcra haqqında”, “Banklar haqqında”, “Teatr və teatr fəaliyyəti haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında” və “Məşğulluq haqqında” qanunlara dəyişiklik layihəsi də daxil edilib.