“Şəhidlər” məscidində şəhidlərin xatirəsi anılıb, Qurani-Kərim tilavəti mərasimi təşkil edilib

0

Bakıda “Şəhidlər” məscidində şəhidləri xatirəsinə ehtiram əlaməti olaraq Qurani-Kərim tilavəti mərasimi təşkil edilib.

Tədbir Türkiyənin Azərbaycandakı səfirliyinin Dini İşlər üzrə Müşavirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə keçirilib.

Tədbiri Türkiyə səfirliyinin dini işlər üzrə müşaviri İhsan Açık açaraq Qafqaz İslam Ordusu, Qarabağ, 20 Yanvar, Xocalı və Vətən müharibəsi şəhidlərini rəhmətlə anıb. Artıq dördüncü Quran tilavəti mərasiminin keçirildiyini, bu ay içərisində şəhidlər üçün xətmlər oxunduğunu və bu ənənənin davam edəcəyini vurğulayıb.

Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Cahandar Əlifzadə çıxış edərək şəhidləri rəhmətlə anıb.

Qafqaz Müsəlmanları İdarəsinin Suraxanı rayonu üzrə səlahiyyətli nümayəndəsi, Qaraçuxur məscidinin imamı Qurban Əliyev isə çıxışında tarix boyu xalqımızın başına gətirilən müsibətlərdən danışıb. O, bütün bu sınaqlardan şəhidlər vasitəsilə üzüağ çıxıldığını qeyd edib.

Sonda tədbir iştirakçılarına şəhidlər adına ehsanlar paylanıb və Qurani-Kərimin Azərbaycan dilinə tərcüməsi hədiyyə edilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Baş konsulluq İstanbulda qanunsuz yaşayan Azərbaycan vətəndaşlarına müraciət edib

Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda Türkiyənin İstanbul şəhərində qeyri-qanuni yaşayan vətəndaşların qəbulu keçiriləcək. Bu barədə Azərbaycanın İstanbuldakı Baş Konsulluğu məlumat yayıb....

Bağla