ŞƏHİDLİK ZİRVƏSİ

0

Allah yolunda öldürülənləri, əsla ölülər zənn etmə! Əksinə, onlar diridirlər və Rəbbi dərgahında onlara ruzi verilir. Onlar Allahın Öz lütfündən verdiyi (nemətlərə görə) sevinər və hələ onlara çatmamış (şəhid olacaq) kimsələrə heç bir qorxunun olmayacağına və onların qəm-qüssə görməyəcəklərinə görə şad olarlar. (Ali İmran, 169-170)

Allah yolunda ən dəyərli əmanəti, canını verməkdir şəhadət. Ölümlərin ən gözəli, inanmış olmağın ən mühüm şahidliyidir şəhidlik.

Allah yolunda vuruşarkən öldürülən müsəlmanlar şəhiddir. Bu şəkildə şəhid olan kimsənin nəşi yuyulmaz. Çünki paltarlarındakı qan onun şəhidliyinin şahidi, ibadətinin bir sübutudur. Ancaq paltarına hər hansı bir pislik bulaşmış olarsa o təmizlənər. Əynində kürk, palto, baş geyimi, ayaqqabı, zireh kimi qaba geyimləri çıxardılır. Cənazə namazı qılınıb döyüşdəki paltarları ilə dəfn edilir.

Ey iman gətirənlər! Siz, yer üzündə səfərə (cihada) çıxan və ya müharibədə olan qardaşları haqqında: “Əgər bizim yanımızda olsaydılar nə ölər, nə də öldürülərdilər!” – deyən kafirlər kimi olmayın! Allah bunu, onların ürəklərində bir həsrət (yarası) olsun deyə etdi. Həyat verən də, öldürən də Allahdır. Allah sizin etdiklərinizi görəndir. Əgər Allah yolunda öldürülsəniz, yaxud ölsəniz, (bilin ki,) şübhəsiz, Allahın bağışlaması və rəhməti onların (dünyada) yığdıqları (bütün) şeylərdən daha xeyirlidir. (Ali İmran, 156-157)

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKPA ERMƏNİ SİLAHLI BİRLƏŞMƏLƏRİNİN TƏXRİBATLARINI PİSLƏYİB

Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Katibliyi Azərbaycanın Qarabağ bölgəsindəki qanunsuz erməni silahlı birləşmələrinin son günlər törətdiyi təxribatları və terror aktlarını...

Bağla