Son həftələrin şiddətli yağış və qarlarının səbəb olduğu görünməmiş daşqınlardan sonra Səudiyyə Ərəbistanı ərazisində nağılvari şəlalələr də yaranıb.
Bildirilir ki, bu barədə “Əl-Ərəbiyə” nəşri məlumat yayıb. Ölkənin ən uzun çay vadilərindən biri olan (600 km) Rummah vadisi davamlı yağışlardan sonra sanki canlanıb. Fürsətdən yararlanan fotoqraflar da Ərəbistan yarımadası üçün bir möcüzə olan şəlalələrin maraqlı təsvirlərini çəkib. Təqdim etdiyimiz fotolar gecə saat 2-də çəkilib.