Şəki Mərkəzi Cümə Məscidinin Beynəlxalq uğuru

0

Qafqaz Müsəlmanları İdarəsi Şəki Mərkəzi Cümə Məscidinin müəzzini və imam müavini Tural İxtiyar oğlu Məmmədov 12-20 aprel tarixlərində Malaziyanın paytaxtı Kuala Lumpur şəhərində keçirilən 61-ci Beynəlxalq Qurani-Kərimi gözəl oxuma dünya yarışmasında Azərbaycan Respublikasını layiqli təmsil edib.

70 ölkənin iştirak etdiyi yarışmada 25 ölkə yarımfinala vəsiqə qazanıb. Həmyerlimiz öz gözəl Quran tilavəti ilə seçilmiş ən güclü 25 ölkə içərisinə daxil olmağa müvəffəq olub.
İştirakçılara Malaziya ölkə kralı sarayında rəsmi ziyafət verib.

Xatırladaq ki, Tural Məmmədov 2017 ci ildə Türkiyənin İstanbul şəhərində keçirilən Beynəlxalq Quran müsabiqəsində də Respublikamızı layiqli təmsil etmişdi.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BOŞANMIŞ AİLƏLƏRDƏ UŞAQLAR

Ailə cəmiyyətin ən vacib dayağıdır. Bu dayağın möhkəm olması xalq və dövlətin də sağlam olması deməkdir. Ailənin əmin-amanlığı ölkənin tərəqqi...

Bağla