Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı genişlənidirilib. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Şəki şəhəri, F.Xoyski küçəsi, 7 ünvanında yerləşən XIX əsrə aid İmam Əli məscidi ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilib.
Həmçinin qərara əsasən, yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı da genişləndirilib.
Şəki şəhərindəki “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən bir çox tikililər siyahıya daxil edilib.