Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraktar şəhid ailələri ilə görüşüb. Bu barədə o, tviter hesabında yazıb:
“Bakıdakı son günümüzdə Azərbaycan Türkiyə Təqaüdləri məzunları və şəhid ailələri ilə bir araya gəldik. Xaricdəki Türklər və Qohum Topluluqlar rəhbərliyinə və bu mənalı tədbirdə əməyi olan hər kəsə təşəkkür edirəm. Şəhidlərimizi rəhmətlə yad edir, dəyərli ailələrinə təşəkkürümü bildirirəm”, – o bildirib.
Report