“AZƏRBAYCANA TEXNOLOJİ LAYİHƏLƏRDƏ DƏSTƏK VERMƏYƏ HAZIRIQ”

0

“Türkiyədə olduğu kimi, Azərbaycanda da texnoloji layihələrin reallaşdırılması üçün ölkənizə hər cür dəstək verməyə hazırıq”.

Bunu bu il Bakıda keçiriləcək “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalı ilə bağlı mətbuat konfrasında “TEKNOFEST” Müşahidə Şurasının sədri, Türkiyənin Texnologiya Komandası Vəqfinin (“T3 Vakf”ı) rəhbəri Səlcuq Bayraqdar bildirib.

“TEKNOFEST” bizim xəyallarımızı reallaşdırdı. İlk olaraq İstanbulun, daha sonra Türkiyənin sərhədlərini aşdı. Bu, 1,2 milyonluq iştirakçı ilə dünyanın ilk geniş aerokosmik və texnologiya festivalıdır. Umutmayaq ki, müstəqilliyimiz üçün milli müdafiə sənayesi əsas şərtdir. 2018-ci ildə festival başlayanda 20 min tələbə qoşuldu, sonra isə onların sayı artdı. Məqsədimiz texnoloji gələcəkdir. Ona görə də hamını bu tədbirə qoşulmağa dəvət edirəm ki, güclü Azərbaycanın formalaşmasında sizin də rolunuz olsun”, – deyə o, qeyd edib.

“Unitmayın, dünən də, bu gün də, sabah da bizə tikansız gələcək təklif etnəyəcək. Məhəmməd Əmin Rəsulzadə dediyi kimi, bir kərə yüksələn bayraq bir daha enməz. Gəlin bayraqlarımızın daha ucalarda dalğalanması üçün dəstəyimizi əsirgəməyək. Bu festivala dəstək verən Prezident Rəcəb Tayyib Ərdoğan və Prezident İlham Əliyev başda olmaqla hər kəsə təşəkkür edirik”, – deyə S.Bayraqdar əlavə edib.

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İLHAM ƏLİYEV ƏRDOĞANA ZƏNG EDİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 5-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib. Bu barədə Prezidentin Mətbuat Xidməti...

Bağla