Nazirlər Kabinetinin təsdiqlədiyi Azərbaycan dilinin Orfoqrafiya Normalarına əsasən, səmavi kitabların və fəza cisimlərinin yazılış qaydası müəyyənləşib.
Bildirilir ki, səmavi kitabların, fəza cisimlərinin adları böyük hərflə yazılacaq.
Misal üçün: Quran, Bibliya, Əhdi-cədid, Əhdi-ətiq, İncil, Tövrat, Zəbur, Ülkər, Günəş, Ay, Yupiter, Saturn, Venera və s.