ŞƏNBƏ GÜNÜ SULU QAR, QAR YAĞACAQ

0

Fevralın 17-də ölkə ərazisində havanın yağıntılı olacağı gözlənilir.

Bu barədə  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında havanın gün ərzində bəzi yerlərdə arabir yağıntılı olacağı, gündüz yağıntıda fasilə olacağı gözlənilir. Gecə və axşam bəzi yerlərdə yağışın qısa müddətə sulu qara keçəcəyi ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-3° isti, gündüz 3-5° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında da havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi ərazilərdə qar yağacağı gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-5° isti, gündüz 5-9° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Türkiyə kəşfiyyatı PKK-nın aparıcı fiqurlarından birini zərərsizləşdirib

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (Milli İstihbarat Təşkilatı) Suriyanın şimalında keçirdiyi əməliyyat nəticəsində PKK terror qruplaşmasının aparıcı fiqurlarından biri Fatma Sakana...

Bağla