ŞƏRİƏT NƏDİR?

0

İslamda şəriət İslam hüququ kimi tanınır. İslam dinində şəriətin xüsusi yeri vardır. Bu hüquq sistemi davranışlardan ifadə edilən sözlərə bütün sahələrdə müsəlmanlara yol göstərir. Müsəlmanlar İslam hüququnun əsas predmetlərinə əməl edərək cəmiyyət içərisindəki mənfi halların Allah və xalq nəzdində qəbul edilən doğru davranışlarla əvəz edə bilərlər. Məhz buna görə şəriətin dəyişməyən həqiqətini və tam mənada əməl etməsə də bütün qaydalarını bilən müsəlmanlar şəriətin bəşəriyyət üçün xeyirdən başqa bir şey ifadə etməyəcəyini dərk etməlidir. Bəs şəriət nədir? İslama görə şəriət, Allah təalanın iradəsinin konkret olaraq insan cəmiyyətinə təcəssüm etməsidir. Buna görə mütləq hüquqi status təyin edən tək şari Allahdır. Yəni, qanun təyin edən Odur və sadəcə Onun təyin etdiyi qanunların bəşəriyyət üçün bağlayıcı xüsusiyyəti vardır (Nasr, 2020: 61).

            Şəriət, kökü və gövdəsi əsla dəyişməyən və sağlam olan, ancaq yarpaqları və budaqları isə fəsillərin təsiri ilə dəyişən ağac kimidir. Bəli, şəriətin əsas komponentləri əsla dəyişmir. Buna baxmayaraq zaman və məkan faktorlarına bağlı olan digər xüsusiyyətləri daim dəyişir. Əgər şəriət dəyişməz bir qurum olaraq qalarsa onun qiyamət gününə qədər keçərli olacağını iddia edə bilmərik. Şəriət prinsip olaraq Qurani-Kərimdə bildirilmişdir. Ancaq onun necə tətbiq ediləcəyi Həzrət Muhəmmədin (s.ə.v.) sünnəsində qeyd edilmişdir. Həzrət Muhəmməd (s.ə.v.) Qurani-Kərimə uyğun həyat yaşayaraq səhabələri üçün örnək olmuşdur. Ondan Allahın əmrləri ilə bağlı incəlikləri öyrənən səhabələr bildiklərini bilməyənlərə öyrədərək şəriətin yayılmasında fəal iştirak etmişlər. Məhz buna görə Həzrət Muhəmmədin (s.ə.v.) sünnəsi şəriətin ikinci qaynağı qəbul edilir (Nasr, 2020: 61).

            Şəriətin yuxarıda qeyd edilən iki qaynağından başqa bütün alimlərin həmfikir olması mənasına gələn icma və analogiya yolu ilə fikrini əsaslandırma mənasına gələn qiyas şəriətin digər qaynaqlarını təşkil edir.

Murad Ağayev

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
SABAH HAVA 16-21 DƏRƏCƏ İSTİ OLACAQ

Sabah ölkə ərazisində havanın temperaturu gecə 10-13 dərəcə isti, gündüz 16-21 dərəcə isti, dağlarda gecə bir dərəcə şaxtadan dörd dərəcəyədək...

Bağla