ŞƏRQİ QÜDSDƏ BİR MƏSCİDİN UÇURULMASINA QƏRAR VERİLDİ

0

İsrailə bağlı Qüds bələdiyyəsi Şərqi Qüdsdə tikintisi davam edən bir məscidin uçurulmasına qərar verb.

Bu barədə Fələstinin rəsmi “WAFA” agentliyi məlumat yayıb. Məlumata görə, Şərqi Qüdsün İsəviyyə məhəlləsində 15 gün əvvəl təməli qoyulan “Təqva” məscidinin tikintisinin izinsiz tikildiyi iddia edilib.

Qüds bələdiyyəsi, təqribən 300 kvadratmetrlik ərazidə tikilən məscidin 4 gün ərzində uçurulmasına qərar verib.

Bu qərara etiraz edən və məscidin uçurulmasını dayandırmaq istəyən fələstinlilər, “məscidlərimiz uçurulmasın” heşteqi ilə sosial şəbəkələrdə kampaniya başladıblar.

Anadolu agentliyi

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏ “HÜRJET” HƏRBİ TƏYYARƏLƏRİNİN İSTEHSALINA BAŞLAYACAQ

Türkiyə “HÜRJET” yüngül döyüş təyyarələrinin istehsalına başlayacaq. "Anadolu" agentliyi xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə...

Bağla