Türkiyədə tətbiq olunması nəzərdə tutlan 19 günlük sərt karantin rejimində insanlar məhəllələrində olan məscidlərə namaz qılmaq üçün gedə biləcəklər.
Bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu vilayət valilərinə karantin rejimi ilə əlaqəli birifinq verərkən məlumat verib.
Qeyd edək ki, Türkiyədə aprelin 29-dan mayın 17-dək axşam saat 19.00-dan səhər saat 05.00-dək küçəyə çıxmaq qadağası tətbiq olunacaq.