Qurani-Kərimdə, “Ey iman gətirənlər, səslərinizi Peyğəmbərin səsindən yuxarı qaldırmayın və onunla bir-birinizlə danışdığınız kimi ucadan danışmayın! Yoxsa, özünüz də fərqinə varmadan əməlləriniz boşa çıxar.” (Hücurat-2) ayəsi nazil olduqdan sonra gur səsi olan səhabə Sabit bin Qays (ra) evində oturub ağlamağa başladı.
Rasulullah (ﷺ) bir müddətdir Sabitin məscidə gəlmədiyini görüb onun harada olduğunu soruşdu.
Orada olanlar biri, “Ya Rasulullah (ﷺ) mən onun yerini bilirəm!” – dedi və dərhal onun dalınca gedib onu evdə hönkür-hönkür ağlayarkən gördü. Nə olub, niyə ağlayırsan? – deyə soruşdu.
Sabit bin Qays (ra), “Heç soruşma! Səsim Allahın Peyğəmbərinin (ﷺ) səsindən gurdur. Bütün əməllərim boşa getdi və cəhənnəmlik oldum.” – deyə cavab verdi.
Səhabələr Sabitin (ra) bu sözlərini Rasulullaha (ﷺ) xəbər verdilər.
Rasulullah (ﷺ) buyurdu ki, “Gedin ona deyin cəhənnəmlik deyil, əksinə cənnətlikdir!” (Buxari, Mənaqib 25, Təfsir 49/1; Müslim, İman 187)
Əbu Bəkr (ra), “Həyatda ikən də, vəfat etdikdən sonra da Rasulullahın (ﷺ) yanında səsi yüksəltmək olmaz.” – buyurmuşdur.
Məscidi-Nəbəviyə girin çıxanda səssizliyə diqqət etmək, gurultu yaradacaq işlərdən uzaq olmaq lazımdır.
Mənbə: https://www.islamveihsan.com/