SƏUD REJİMİ KƏBƏNİ BAĞLI SAXLAYIR

0

Səudiyyə Ərəbistanı krallığında koronavirusə yoluxanları sayı çoxaldıqca bu epidemiyaya qarşı görülən tədbirlər də gücləndirilir. Bu tədbirlər çərçivəsində daha əvvəl başda Məscidi-Haram və Məscidi-Nəbəvi olmaqla bir çox ziyarət məkanı bağlanmışdı.

Son məlumata görə isə Məscidi-Haramın namaz vaxtlarının xaricində bağlı saxlanmasına qərar verilib. Bu çərçivədə namaz vaxtlarının xaricində heç kim Kəbəi-Şərifi ziyart edə bilmir, gecələri işa namazından sonra qapadılan Məscidi-Haram bir də sübh namazında açılır.

“Xaricdən ümrə qadağası davam etdiyi müddət ərzində Kəbəyi-Müşərrəf də namaz vaxtlarının xaricində qapalı olacaq. Namaz vaxtına bir saat qalmış açılacaq və namazdan sonra yenə bağlanacaq.”  – deyə Səhiyyə Nazirliyi açıqlamasında bildirib.  

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
RƏSULULLAH KİMƏ ÖRNƏK ŞƏXSİYYƏT DEYİR

Üsvəi-Həsənə buyurulur – örnək şəxsiyyət. Rəsulullah (SAV) buyurur ki, bu üç nəfər qəlbi həyatını istiqamət üzərində qərar verərsə o, örnək...

Bağla