Səudiyyə Ərəbistanı Krallığı ötən həftə ramazan ümrəsi üçün zəvvarlarda tələb olunan şərtləri açıqlamışdı. Bu gün isə krallığın Həcc və Ümrə Nazirliyi əlavə yeni şərtləri açıqlayıb.
Bu açıqlamaya görə sadəcə kovid-19 virusuna yoluxub sağalmış, bu virusa qarşı immuniteti qüvvətlənən və bu xəstəliyə qarşı peyvənd olunanların ümrə ziyarətinə izn veriləcək.
“İki doza koronovirus peyvəndi vurduranlar, peyvəndin üstündən azı 14 gün keçən və bu virusa yolusub sağalanların xaricində heç kim ümrə ziyarəti üçün Məkkəyə buraxılmayacaq.” – deyə açıqlamada qeyd edilib.
Xatırladaq ki, ötən həftə krallıq rəsmiləri ramazan ümrəsi barədə açıqlama vermiş, ramazana məxsus ibadət olan təravih namazının 10 rəkat qılınacağını bildirilmişdi.