Səudiyyə Ərəbistanı Krallığı 2023-cü il Həcc mövsümü üçün 24 ölkəylə müqvilə imzalayıb.
Ölkənin Ciddə şəhərində imzalanan bu müqavilə, ölkələr üçün qoyulan kvotanı və zəvvarlara göstəriləcək xidmətləri əhatə edir.
Qafqaz Müsəlmanları İdarəsinin yaydığı məlumata görə, Həcc müqaviləsi imzalayan ölkələrdən biri də Azərbaycandır.
Belə ki, Qafqaz Müsəlmanları İdarəsi sədrinin 1-ci müavini müfti Salman Musayevin başçılıq etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığı Həcc və Ümrə nazirliyinin dəvətilə bu ölkədə rəsmi səfərdədir.
İki tərəf arasında görüş və aparılan danışıqlar nəticəsində Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə nazirliyi ilə QMİ arasında 2023-cü il mövsümü üçün Həcc müqaviləsi imzalanıb.