Səudiyyə Ərəbistanı: Həccə vizasız gedən hər kəs günahkar olar!

0

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyindən olan rəsmi mənbənin açıqlamasına görə, Həcc ziyarəti üçün bu ölkəyə gəlmək yalnız Səudiyyə Ərəbistanının müvafiq orqanları tərəfindən verilmiş və ya Həcc işləri bürosu vasitəsi ilə digər ölkələrlə razılaşdırılaraq verilmiş Həcc vizası ilə mümkündür.

Mənbə bildirib ki, Həcc və Ümrə Nazirliyi sosial şəbəkələrdə şirkət və kampaniya reklamlarına, həmçinin həcc ziyarətinin sərfəli qiymətlərlə təşkil olunduğunu iddia edən saxta hesablara nəzarət edir. O, bu cür kampaniyalara və şirkətlərə qarşı diqqətli olmağa çağırıb.

Nazirlik əvvəlki açıqlamasında ümrə, turizm, iş, ailə səfəri, tranzit və digər viza növlərinin Həcc ziyarətini yerinə yetirmək hüququna malik olmadığını bildirib və hər kəsi Həcc ziyarətini təşkil edən rəsmi orqanlar tərəfindən tətbiq edilən qaydalara əməl etməyə, habelə uydurma şirkətlərə aldanmamağa çağırıb.

Qeyd edilib ki, nazirlik bu saxta şirkətlərin reklamlarını və kampaniyalarını daim nəzarətdə saxlayır. Nazirlik hər kəsdən bunlarla mübarizədə əməkdaşlıq etməyi və icazəsiz ziyarətə getmə hallarının azaldılması istiqamətində fəaliyyət göstərməsini gözləyir.

Baş Alimlər Şurasının bəyanatında, vizasız Həcc ziyarətinin caiz olmadığı, bunu edənlərin günahkar sayıldığı və rəhbərliyin qoyduğu inzibati əmri pozduğu fikirlərinə yer verilib.

Independent

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Səudiyyə Ərəbistanı Həcc ziyarəti ilə bağlı dünya zəvvarlarına müraciət edib

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarları saxta şirkətlərə inanmamağa çağırıb. Bu barədə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib. Bir sıra...

Bağla