Səudiyyə Ərəbistanı krallığı 1 məhərrəm 1445-ci il tarixdən etibarən Ümrə ziyarəti üçün zəvvar qəbuluna başladığını elan edib.
Bu barədə krallığın rəsmi SPA agentliyi Həcc və Ümrə Nazirliyinə istinadən məlumat yayıb.
Qonaqlara yaxşı xidmət göstərmək və onların ehtiyaclarını qarşılamaq üçün çalışdıqlarını açıqlayan nazirlik, məhərrəm ayının başlaması ilə Ümrə mövsümünün açılldığını qeyd edib.