SƏUDİYYƏ ƏRƏBİSTANI ÜMRƏ ZİYARƏTİNİN ŞƏRTLƏRİNİ DƏYİŞTİRDİ

0

Səudiyyə Ərəbistanı Krallığı ümrə zəvvarlarının səhhətini qorumaq məqsədilə ölkəyə giriş qaydalarının dəyişildiyini açıqlayıb.

Bu barədə krallığın Həcc və Ümrə Nazirliyi yazılı bəyanat yayıb. Bəyanatda bildirilir ki, ümrə və ya ziyarət məqsədilə ölkəyə girənlərdən son 48 saatda götürülmüş PCR və ya antigen testi tələb olunacaq. Bu qaydalar 2022-ci il fevral ayının 9-da qüvvəyə minəcək.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı daha əvvəl yaydığı bəyanatda, 2021-ci il oktyabr ayının 10-dan etibarən sadəcə 2 doza COVİD-19 peyvəndi olanlara ümrə ziyarəti üçün izn veriləcəyini açıqlamışdı.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
NİZAMİ YARADICILIĞINDA ALLAHIN TƏKLİYİ İDEASI

Nizami Gəncəvi (1141-1209) Azərbaycanın böyük şairlərindən biridir. Onun bədii irsi olan “Xəmsə”si (Xəmsə sözünün mənası “beşlik” deməkdir) ədəbiyyatımızın şah əsərlərindən...

Bağla