SƏUDİYYƏ ƏRƏBİSTANI UŞAQLARIN HƏCC ZİYARƏTİNƏ GƏTİRİLMƏSİNİ QADAĞAN ETDİ

0

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi 2025-ci ilin Həcc ziyarətinə zəvvarların özləri ilə uşaq gətirməsinə icazə verilməyəcəyini açıqlayıb.

Bu barədə “Gulf News” nəşri məlumat yayıb.

Qeyd olunur ki, qərar hər il Həcc ziyarəti zamanı sıxlıq yarandığından uşaqların təhlükəsizliyini təmin etmək məqsədilə atılıb.

Bundan əlavə, nazirlik Həcc mövsümündə zəvvarların təhlükəsizliyini artırmaq üçün bir sıra yeni tədbirlər tətbiq edib.

Buraya təhlükəsizlik tədbirləri ilə bağlı maarifləndirmə kampaniyaları, zəvvarların müqəddəs yerlərdə hərəkətini tənzimləmək üçün intellektual sistemlərin tətbiqi, Həcc ayinlərinin icrasını asanlaşdırmaq üçün düşərgələrin modernləşdirilməsi və yolların təkmilləşdirilməsi daxildir. 

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MƏKTƏBDƏ DİNLƏR HAQQINDA FƏNNİN OLMASINA EHTİYAC VAR

Din tədrisi məsələsində müxtəlif fikirlər var. Bu sahənin mütəxəssisi olaraq bir deyimi xatırlatmaq istəyirəm: “Müqəddəs yer boşluq qəbul etmir”. Bunu...

Bağla