Səudiyyə Ərəbistanında Məscidül-Həram və Məscid-i Nəbəvi komitəsinin rəhbəri, Kəbə İmamı Əbdürrəhman əl-Sudeys müqəddəs torpaqları ziyarət edənlərin namazla bağlı suallarını telefonla cavablandırmaq təşəbbüsü ilə çıxış etdiklərini açıqlayıb.
Mövzu ilə bağlı Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi olan SPA-da açıqlamalar verilib.
Xəbərə görə, Sudeys, zəvvarların suallarını telefonla cavablandırmaq üçün təşəbbüsə başladıqlarını açıqlayıb və Məscidül-Həramı ziyarət edənlərin suallarını cavablandıraraq onların ibadət və işlərini asanlaşdırmağı hədəflədiklərini bildiriblər.
Bu çərçivədə bir qrup alim, hüquqşünas və müəllim müqəddəs torpaqları ziyarət edənlərin suallarını cavablandıracaq və ziyarətçilərin namazlarını düzgün qılmasına köməklik göstərəcək.