Səudiyyə Ərəbistanına səfərə gedən bir nəfər bu səfər üçün aldığı viza ilə Ümrə ziyarəti edə biləcək və ölkənin ziyarət ediləcək digər yerlərinə gedə biləcək.
Bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi yazılı bəyanat yayıb.
Bəyanatda, bu vizanın Səudiyyə Ərəbistanındakı tanışları ziyarət etmək, Məkkə və Mədinə daxil olmaqla ölkənin müxtəlif şəhər və bölgələrinə getmək, Ümrə etmək, dini və tarixi yerlərə getmək, tədbirlərdə iştirak etmək imkanı verdiyi bildirilib.
Bəyanatda həmçinin, viza əldə etmək üçün əlaqədar internet portalı vasitəsilə rahatlıqla müraciət edilə biləcəyi qeyd edilib.
Qeyd edək ki, Xarici İşlər Nazirliyinin rəsmi tviter səhifəsində vizza almaq üçün müraciətə dair məlumatlar paylaşılıb.
Bu məlumata görə Səudiyyə Ərəbistanı vətəndaşlarının qohumlarına və ya dostlarına göndərdikləri dəvət əsasında viza alınması mümkün olacaq.