SƏUDİYYƏ ƏRƏBİSTANINDA OLAN TÜRK MƏKTƏBLƏRİ BAĞLANIR

0

Səudiyyə Ərəbistan krallığı, ölkəsində Təhsil Nazirliyinə bağlı fəaliyyət göstərən türk məktəblərinin qapadılmasına qərar verib. Məlumata görə, ölkənin müxtəlif vilayətlərində olan 8 türk məktəbi 2020 – 2021 tədris ilinin axırında bağlanacaq.

Diplomatik mənbələrdən əldə olunan məlumata görə, krallığın Təhsil Nazirliyi ölkənin şimal-qərbində yerləşən Təbuk, Riyad, Taif və Ciddədəki türk məktəblərinə fəaliyyətin dayandırılması barədə yazılı qərar göndərib.

Həmçinin Dammam və Əbha şəhərlərindəki məktəblərə krallıq rəsmiləri gedərək fəaliyyətin dayandırılması barədə qərarı şifahi olaraq təbliğ ediblər.

Təhsil Nazirliyinin göndərdiyi fəaliyyətin dayandırılması barədə qərarda, “məktəb bağlandıqdan sonra şagirdlərin istədikləri məktəblərə qeyd olunmalarına kömək edilməsi, həmçinin valideynlərin bu barədə məlumatlandırılması” tələb olunub.

Bunun kimi Məkkə və Mədinə şəhərlərində olan türk məktəblərinin də eyni aqibətə düçar olduğu bildirilir.

Diplomatik mənbələr bildirib ki, ölkədəki türk məktəbləri bağlanacağı təqdirdə bu məktəblərdəki 2256 şagird kifayət qədər ərəb dilini bilmədikləri üçün gedəcəkləri məktəblərdə çətinliklərlə üzləşəcəklər.

Səudiyyə Ərəbistanın fəaliyyəti dayandırılacaq məktəblərin adı belədir:

Riyad Beynəlxalq Türk məktəbi, Ciddə Beynəlxalq Türk məktəbi, Təbuk Beynəlxalq Türk məktəbi, Dammam Beynəlxalq Türk məktəbi, Taif Beynəlxalq Türk məktəbi, Əbha Beynəlxalq Türk məktəbi, Məkkə Beynəlxalq Türk məktəbi, Mədinə Beynəlxalq Türk məktəbi.

“Anadolu” agentliyi

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ALMANİYADA MÜSƏLMAN ƏHALİNİN SAYI 5.6 MİLYON OLDU

Almaniyada müsəlmanların sayı çoxalaraq 5.6 milyon nəfərə çatıb. Bu barədə məlumat Federal Miqrasiya və Qaçqın Departamenti (BAMF) ilə Almaniya İslam...

Bağla