Səudiyyə Ərəbistanı krallığının rəsmiləri, Ümrə ziyarətlərinin bərpa edilməsindən sonra zəvvarlar arasında kovid-19 virusuna yoluxma halının aşkarlanmadığını açıqlayıb.
İslamveirfan.com xəbər verir ki, bu barədə Məscidi-Haram və Məscidi-Nəbəvi komitəsinin sədri məlumat yayıb.
Məlumatda bildirilir ki, pandemiya ilə mübarizə tədbirləri çərçivəsində Məscidi-Haram hər gün 10 dəfə dezinfeksiya edilir. Həmçinin Məscidi-Haramın 520 işçisi tədbirlər planına uyğun fəalihyət göstərir.
Qeyd edək ki, qlobal pandemiya səbəbindən 7 aydır dayandırılan Ümrə ziyarətləri, oktyabrın 4-dən krallıq vətəndaşları üçün bərpa edilib.