Ərəb krallığın təhsil naziri məsələ ilə bağlı danışıb.
Bildirilir ki, Səudiyyə Ərəbistanının orta məktəblərində ilk dəfə olaraq fəlsəfə tədris edilməyə başlayacaq. Bu haqda krallığın təhsil naziri Əhməd əl-İsa açıqlama verib.
Onun sözlərinə görə, bu fənnin təhsil planına daxil edilməsinin hazırlıq işlərini Böyük Britaniya və Səudiyyə Ərəbistanından olan komanda başladıb.
Mütəxəssislər həmçinin fəlsəfəni tədris edə biləcək 200 müəllimin təlimi proqramını hazırlayaraq həyata keçirməlidirlər.
Xatırladaq ki, bu fənn uzun illər idi ki, yerli alimlərin fitvası əsasında qadağan edilmişdi.