SƏUDİYYƏ KRALLIĞINDA MƏSCİDLƏRDƏ OLAN TƏDBİRLƏR LƏĞV EDİLİB

0

Səudiyyə Ərəbistanı krallığının bütün məscidlərində dini dərslər, moizə proqramları və Quran əzbərləmə dərsləri ləğv edilib. İslamveirfan.com xəbər verir ki, bu barədə krallığın rəsmi SPA agentliyi məlumat yayıb. Məlumatda həmçinin, Məscidi-Haram və Məscidi-Nəbəvi məscidlərinə nəzarət komitəsi tərəfindən bu məbədlərə bağlı qurum və məkanlara da planlaşdırılan ziyarətlərin ləğv edildiyi elan edilib. Ziyarəti yasaqlanan yerlər arasında Kəbə örtüsünün istehsal edildiyi “Kral Abduləziz” kompleksi, Harameyn sərgisi və “Hərəmi-Şərif” kitabxanası kimi mərkəzlər də var.  

Bir müddət əvvəl Krallığın Təhsil Nazirliyi koronavirusla mübarizə tədbirləri çərçivəsində ümumtəhsil məktəblərində təhsilin dayandırıldığı açıqlamışdı.

Qeyd edək ki, Krallıq ərazisində təsadüf edilən 11 koronavirus hadisəsinin hamısı ölkənin şərqindəki Katif şəhərində qeydə alınmışdır. Bu şəhərdə səhiyyə müəssisələri, apteklər, yanacaq doldurma stansiyaları və təhlükəsizlik qüvvələri istisna olmaqla bütün qurum və quruluşların fəaliyyəti dayandırılıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ƏN GÖZƏL QİSSƏ

Uca Allah insanlar arasından seçdiyi elçilərini onlara hər yönü ilə örnək olmaları üçün insanların hər an üzləşə biləcəkləri bir çox...

Bağla