ŞƏVVAL ORUCUNUN FƏZİLƏTİ

0

Bir Ramazanı daha oruclarla, təravehlərlə, Quranla, Qədir gecəsiylə, sahur və səhərlərlə dolu-dolu yaşadıq. Bu ayın mənəvi havasını həytımızın bütün anlarında əhatəli şəkildə hiss etdik. Bu mənəvi həyatı davam etdirmək üçün qarşımızda daha bir fürsətmiz var.

Ramazan ayından sonra Qəməri aylardan Şəvval ayı gəlir. Şəvval ayı Ramazan bayramıyla başlayan bir aydır. Bu ayda Hz. Peyğəmbərimizin (s.ə.s) heç tərk etmədiyi altı gün oruc tutmağın böyük savabı vardır.

Əbu Əyyub əl-Ənsaridən (r.a) rəvayət olunur ki, Peyğəmbər (s.ə.s):

“Hər kim Ramazan ayı orucunu tutar və ona əlavə olaraq Şəvval ayında altı gün oruc tutarsa, bütün ili oruclu keçirmiş kimi olar” 

(Müslim, Tirmizi, Əbu Davud) buyurur.

Bu hədisi-şərif Ramazan ayından sonrakı Şəvval ayında altı gün oruc tutmağı təşviq etməkdədir. Və beləcə bir illik oruc tutmağın savabı vəd edilməkdədir. Bunu hər il belə edən də ömür boyu oruc tutmuş kimi olur. Ramazan orucundan sonra Şəvval ayında da altı gün oruc tutmaqla bütün ili oruc tutmuş kimi mükafat verilməsi, edilən ibadətlərəvə taətlərə on qat əvəziylə savab verilməsinə görədir.  Çünki Allah-Təala Ənam surəsinin 160-cı ayəsində:

“Kim yaxşı bir iş görərsə, ona həmin işin on qat əvəzi (savabı) verilər..” deyə buyurmaqdadır.

Elə isə tutlan Ramazan orucu on ay yerinə keçər. Şəvalda tutlan altı günün on qatı da altmış gün, yəni iki ay olur. İkisini toplasaq 360 (üç yüz altmış) edər. Miladi təqvimə görə il 365 gündür. Yəni bu müsəlman 365 günün 360-nı oruclu keçirmiş olur. Niyə 365 deyil, 360 deyilərsə, cavab budur: çünki bu beş gün bayram günləridir. Bir gün Ramazan, dörd gün Quraban bayramıdır. Bu beş gündə oruc tutmaq haramdır. Bu xüsusu Hz. Peyğəmbər (s.ə.s) hədisi-şərifdə belə bildirir:

“Ramazan ayının orucu on ay oruc tutmağa, ondan sonrakı altı gün oruc da iki ay oruc tutmağa bədəldir. Bu da illik oruc kimidir.” (Əhməd b. Hənbəl).

Demək ki, Ramazan ayını oruclu keçirib Şəvval ayında da altı gün oruc tutan bir müsəlman ilin hamısını oruc tutmuş sayılacaqdır. Bu orucun məşru qılınmasındakı sirr budur: Ramazan ayının arxasından tutulan oruc, fərz namazların arxasından qılınan sünnə namazlar kimidir. Necə ki, bu sünnələr fərzlərdə olması möhtəməl olan qüsurları bərpa edir, Şəvval ayında tutlan oruc da Ramazan orucunda olması möhtəməl olan qüsurları bərpa edər. Həmçinin oruc ibadətindən bezilmədiyi də ifadə edilmiş olur.

Şəvval ayında altı gün oruc tutmaq müstəhəbdir. Çünki Əziz Peyğəmbərimiz (s.ə.s) bu günlərdə həm oruc tutmuş, həm də tutulmasını tövsiyə etmişdir. Bu orucların bayramdan sonra ard-arda tutulması daha fəzilətli olmaqla birlikdə, ay içərisində fasilələrlə tutulması da mümkündür (yəni heç fasilə vermədən arda-arda tutulması məcbur deyil). Qəza və nəzir kimi  oruclar da bu günlərdə tutularsa eyni savab qazanılar (Dəlilləriylə İslam Elmihalı).

İçində olduğumuz Şəvval ayında bu orucu tutmağa çalışaq. Bu oruc bizim üçün bir müjdədir. Belə bir fürsəti qaçırmayaq və yaxşı dəyərləndirək.

Saleh ŞİRİNOV

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ŞEYXÜLİSLAM DAĞISTAN RESPUBLİKASI MİLLİ ŞURASININ SƏDRİNİ QƏBUL EDİB

Aprelin 15-də Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Dağıstan Respublikası Milli Şurasının sədri Zaur...

Bağla