SABAH BƏRAƏT GECƏSİDİR

0

Sabah İslam dininin fəzilətli gecələrindən biri olan Bəraət gecəsidir.

İslam inancına görə “Bəraət” günahlardan qurtulmaq, təmizə çıxmaq, ilahi bağışlanma və rəhmətə nail olmaq mənasını daşıyır.

Həzrəti Muhammədin (SAV) Bəraət gecəsi barədə belə buyurduğu rəvayət edilir:

“Şaban ayının yarısı (on beşi) olanda gecəsində ibadət üçün oyanın, gündüzündə də oruc tutun. Çünki günəşin batmasından sonra Allah-Taala Öz rəhməti ilə dünya səmasına təcəlli buyurur:

Bağışlanmaq istəyən yoxdurmu? Onu bağışlayım. Ruzi istəyən yoxdurmu? Ona ruzi verim. Dərdi olan yoxdurmu? Ona dərman verim.”

Bu təcəlli dan yeri sökülənə qədər davam edir.” (Tirmizî, Savm, 38)

Koronavirusla mübarizə tədbirləri çərçivəsində məscidlərdə kütləvi ibadətlər dayandırıldığı üçün bütün möminlərin əhya gecələrini öz evində keçirməsi tövsiyyə olunur.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MEHMET GÖRMEZDEN KORONAVİRUS XƏBƏRDARLIĞI -2

Türkiyənin sabiq Diyanət işləri başqanı, İslami Dşüncə İnstutunun sədri Prof. Dr. Mehmet Görmezin koronavirus təhlükəsinə qarşı 2-ci videomüraciəti yayılıb. İslamda...

Bağla