SABAH BAKIDA QAR YAĞACAQ

0

Bakıda və Abşeron yarımadasında fevralın 20-də hava şəraitinin arabir yağıntılı olacağı, səhərdən bəzi yerlərdə sulu qara, axşam isə qara keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yarımadanın ayrı-ayrı yerlərində intensivləşəcəyi ehtimalı var.

Şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Havanın temperaturu gecə 1-3° isti, gündüz 4°-dək isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-4° isti, gündüz 4-8° isti, dağlarda gecə 7-12° şaxta, gündüz 2-6° şaxta olacaq. Bəzi yerlərdə yolların buz bağlama ehtimalı var.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Birol Akgün: Kahramanmaraşda salınan “Azərbaycan məhəlləsi” dostluğumuzun əbədi nişanəsidir

Kahramanmaraşda salınan "Azərbaycan məhəlləsi" Azərbaycan-Türkiyə dostluğunun əbədi nişanəsidir. "Report" xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün fevralın 19-da...

Bağla